XƏBƏRLƏR / Hadisə

Naxçıvanda Türkiyə vətəndaşları arasında kütləvi dava

Onların xuliqanlıq zəminində döyülməsi müəyyən edilib

Naxçıvanda Türkiyə vətəndaşları arasında kütləvi dava
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Muxtar Respublikasında Türkiyə vətəndaşı olan bir qrup şəxs arasında kütləvi dava-dalaş olub.

    Məlumata görə, hadisə vaxtı Naxçıvan Dövlət Universitetinin tələbələri olan 1999-cu il təvəllüdlü U.Dost və S.Abdulrahim döyülüb. Xəsarət alan tələbələrə tibbi yardım göstərilib.

    İlkin araşdırma zamanı onların Türkiyə vətəndaşı olan 1997-ci il təvəllüdlü F.Demir və 2001-ci il təvəllüdlü Y.Subaşı tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.