XƏBƏRLƏR / Hava

Naxçıvan və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Naxçıvan və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yanvarın 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

    Qərb küləyi əsib, arabir Qobustanda 16 m/s-dək güclənib.

    Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.