Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
Uçuşlar ABŞ sanksiyaları səbəbindən dayandırılıb
ABŞ İraq hökumətinin müraciətindən sonra İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından gündəlik 40 reys həyata keçirməsinə icazə verib.
İraq Baş nazirinin ofisinin yaydığı məlumata görə, icazə “Mahan” aviaşirkətinə şamil olunmur. Qərarın əsasən humanitar, müalicə, təhsil və dini ziyarət məqsədilə səfərlərin asanlaşdırılmasına xidmət etdiyi qeyd olunub. İstisna bir ay müddətinə verilib.
1 dəqiqədən az