Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb
Yanvarın 22-si saat 13:00-a olan faktiki hava açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 22-si saat 13:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.