Neft Fondunun gəlirləri 2,46 milyard dollar azalıb
10 ay ərzində baş verən azalma "Azəri-Çıraq-Günəşli" layihəsi ilə bağlıdır
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" blokundan (AÇG) gəlirli neftin satışından daxilolmalar 5 milyard 865,8 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə AÇG layihəsindən Neft Fondunun gəlirləri 29,5% və ya 2 milyard 460,2 milyon dollar azalıb.
2022-ci ilin sonuna ARDNF-nin AÇG-nin gəlirli neft satışından əldə etdiyi gəlirlər 9 milyard 889 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan Neft Fondunun AÇG layihəsindən gəlirlərinin azalması iki amildən irəli gəlir: neftin qiymətinin 15% azalması, həmçinin müqavilə sahəsində hasilatın təxminən 14 milyon barel azalması.