Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlir azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu xəbər verir
ARDNF bu il “Şahdəniz”dən əldə etdiyi gəlirin həcmini açıqlayıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından əldə etdiyi gəlirlər (qaz və kondensat satışından) 202,715 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 dəfə azdır.
Fondun “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından əldə etdiyi gəlir (01.01.2024-cü ildən 05.01.2024-cü il tarixədək) 60,784 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə azdır.
Yada salaq ki, ötən il ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlər 1 308 milyon ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlkindən 9,4% azdır.
ARDNF-nin “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından əldə etdiyi gəlir (01.01.2023-cü ildən 01.01.2024-cü il tarixinədək) 324,396 milyon ABŞ dolları təşkil edib ki, bu da 1,3% azalma deməkdir.