XƏBƏRLƏR / Neft və Qaz

Neft kəskin sürətdə ucuzlaşır

Bu, qlobal iqtisadiyyat üçün qorxulara və nəticədə enerjiyə tələbatın azalması riski səbəbindən baş verir

Neft kəskin sürətdə ucuzlaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Brent markalı neftin qiyməti bir gündə 7%-ə kimi enişi sürətləndirdi
    İqtisadi qeyri-müəyyənlik və dünyada xammala tələbatın azalması qorxusu fonunda neft ucuzlaşır.

    Brent markalı neftin qiyməti bir gündə 7%-ə kimi enişi sürətləndirdi
    Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri 7,17% ucuzlaşaraq bir barelə görə 71,97 dollara düşüb. Brent markalı neftin qiyməti 21 dekabr 2021-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 72 dollardan aşağı düşüb.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 7,48% ucuzlaşaraq 66,13 dollar/barelə bərabər olub.

    Otkrytie Investments-in Qlobal Tədqiqatlar Departamentinin aparıcı analitiki Oleq Syrovatkin qeyd edib ki, neftin qiymətinin ucuzlaşmasına səbəb kimi Credit Suisse səhmlərinin çökməsi və digər Avropa və ABŞ banklarının səhmlərinin düşməsi olub. “Bu, qlobal iqtisadiyyat üçün qorxulara və nəticədə enerjiyə tələbatın azalması risklərinə səbəb olur”, - ekspert əlavə edib.