Neft qiymətləri artmağa başlayıb
Bunu OPEC+ hasilatının azaldılması ilə əlaqələndirirlər
Neft qiymətləri OPEC+ hasilatının azaldılması ilə kəskin artır.
Neft qiymətləri bazar ertəsi səhər OPEC+ ittifaqına daxil olan bir sıra ölkələrin, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanının əlavə hasilatı azaltdığını elan etməsindən sonra aktiv artım nümayiş etdirir.
Londonun ICE Futures birjasında saat 09:10-a olan "Brent" markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 83,82 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 3,93 dollar (4,92%) çoxdur. Ötən cümə günü ticarət nəticəsində bu müqavilələr bir barel üçün 0,50 dollar (0,6%) artaraq 79,77 dollar olub.