Neft qiymətləri yüksəlir
Məlumat London İCE Futures və Nyu-York Ticarət Birjasından gəlib
Yaxın Şərq münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən neft qiymətləri yüksəlir.
İyun ayı üçün "Brent" markalı neftin qiyməti London ICE Futures birjasında 2,07 dollar (1,97%) artaraq barrel üçün 107,4 dollara çatıb. Cümə günü "Brent" markalı neftin qiyməti 0,26 dollar (0,25%) artaraq barrel üçün 105,33 dollara çatıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə iyun ayı üçün WTI markalı neftin qiyməti 1,60 dollar (1,69%) artaraq barrel üçün 96 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 1,45 dollar (1,5%) azalaraq barrel üçün 94,4 dollara düşüb.
Ötən həftə "Brent" markalı neftin qiyməti 17%, WTI markalı neftin qiyməti isə 14% artıb.
1 dəqiqədən az