"Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir. Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,19 % azalaraq 78,81 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.