XƏBƏRLƏR / Neft və Qaz

Neftimizin qiyməti 84 dolları ötdü

"Azeri Light"ın 1 barelinin qiyməti 0,92 % artıb

Neftimizin qiyməti 84 dolları ötdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb.

    Dünya bazarında "Azeri Light" neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 0,92 % artaraq 84,30 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.