Nepal Ordusu Katmanduda təhlükəsizliyi təmin edir FOTO
Bu barədə Nepalın "Khabarhub" portalı xəbər verir

Nepal Ordusu ölkədəki kütləvi iğtişaşlar fonunda Katmanduda təhlükəsizliyi təmin edir, - Nepalın "Khabarhub" portalı xəbər verir.
Ordu əhaliyə xəbərdarlıq edib ki, hər hansı talan və zorakılıq əməlləri cinayət kimi qiymətləndiriləcək. Artıq qarətdə iştirak edən 26 nəfər saxlanılıb.
Hərbçilər bütün vətəndaşları təmkinli olmağa çağırıb və onları ölkə daxilində daha çox dağıntıların qarşısını almaq üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməyə çağırıb.