Nepalda iğtişaşlar yenidən alovlandı
"The Himalayan Times"ın məlumatına görə, etirazlar nəticəsində ən azı 19 nəfər ölüb, 500-dən çox insan yaralanıb

Hazırda Nepaldakı vəziyyət:
- Katmandu hava limanı müvəqqəti bağlanıb, bütün uçuşlar ləğv edilib.
- Nepal hökumətinin üzvləri hərbi helikopterlərlə iqamətgahlarından təxliyə edilir. Müxalif Milli Demokrat Partiyasının bütün üzvləri istefa verib.
- Nepal Prezidenti Baş nazirin istefasını qəbul edib.
- Polis etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edir.
- "The Himalayan Times"ın məlumatına görə, etirazlar nəticəsində ən azı 19 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
- Katmanduda komendant saatı tətbiq edilib.