Nepalda ölən rus alpinistlərinin cəsədləri hələ də dağdadır
Bu barədə xəbəri "RİA Novosti" yayıb
Arxangelsk Alpinizm və Dırmanma Federasiyasının məlumatına görə, alpinistlərə çərşənbə günü Nepalda Dhaulagiri dağında həlak olanların cəsədlərini çıxarmağa alçaq buludlar mane olub.
"RİA Novosti"yə Leninqrad vilayətinin Alpinizm Federasiyasından əvvəllər bildirildiyinə görə, Dhaulagiri dağına qalxarkən ölən rusiyalı alpinistlərin cəsədlərinin çıxarılması üçün təxminən 100 min dollar lazımdır.
Alpinistləri sığortalayan “AlfaStraxovanie” şirkətindən agentliyə bildiriblər ki, şirkət ölənlərin vətənlərinə göndərilməsini təşkil edir.
Oktyabrın 8-də məlum olub ki, Nepalda 5 nəfərdən ibarət alpinistlərin cəsədləri hava uçuşu zamanı aşkar edilib. Alpinist icmasının nümayəndəsi Anna Piunovanın sözlərinə görə, qrupun altıncı üzvü bir gün əvvəl özünü pis hiss edib və aşağıda yerləşən düşərgəyə enib.