XƏBƏRLƏR / Dünya

Nigeriyada 700 min uşaq aclıq təhlükəsi ilə üzləşib

Bu barədə Beynəlxalq Qeyri-Hökumət Təşkilatı olan “Save The Children” xəbər verib

Nigeriyada 700 min uşaq aclıq təhlükəsi ilə üzləşib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Beynəlxalq Qeyri-Hökumət Təşkilatı olan “Save The Children” Nigeriyanın şimal-şərqində fermerlərə qarşı artan terror hücumları səbəbindən bu il 700 min uşağın aclıqdan ölmək təhlükəsi ilə üzləşdiyini bildirib.

    Təşkilat tərəfindən yayılan hesabatda Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərində fermerlərə qarşı artan hücumların ölkədə ərzaq böhranına səbəb olduğu qeydedilib.

    Bu ştatlarda 5 yaşa qədər 2 milyondan çox uşaq kəskin qida çatışmazlığı riski altındadır və təkcə 2023-cü ildə 700 000 uşaq aclıq astanasındadır.

    Hesabatda, 2023-cü ilin ilk 6 ayında ölkədə terrorçuların 128-dən çox fermeri öldürdüyü, 37 fermeri qaçırdığı, hücumlar nəticəsində dolanışıqları kəsilən fermerlərin isə köçkünlərə çevrildiyi bildirilib.

    Qeyd dək ki, son zamanlar Nigeriya ölkənin müxtəlif bölgələrində terror təşkilatları “Boko Haram” və “ISWAP”, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.