Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

DİN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.