XƏBƏRLƏR / Hava

Növbəti üç gündə hava dumanlı olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbər verib

Növbəti üç gündə hava dumanlı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    O bildirib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.