Nyu York Ştat Prokurorluğu soydaşımıza bəraət qazandırıb
ABŞ-da erməni təxribatının qarşısını almağa cəhd edən soydaşımızın məhkəməsi başa çatıb
Nyu-York County Cinayət Məhkəməsində erməni təxribatçı Meri Cobanyanın şikayəti əsasında ABŞ-da erməni təxribatının qarşısını almağa cəhd edən həmyerlimiz Aludə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nyu York Ştat Prokurorluğu A.Zeynalovanın təqsirli olmadığı barədə qərar çıxarıb.
Yada salaq ki, erməni lobbisinin digər nümayəndələri ilə yanaşı, BMT-nin mənzil-qərargahı qarşısında dinc nümayiş keçirən azərbaycanlılara qarşı təxribat törədən Meri Cobanyan nümayişdə iştirak edən həmyerlimiz A.Zeynalovadan şikayətçi olub. M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli bədən xəsarəti yetirməkdə ittiham edib. A.Zeynalova Nyu-York polisi tərəfindən saxlanılıb.