Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb
1100-dən çox uçuş ləğv edilib, məktəblər bağlanılıb
Güclü qış fırtınası ABŞ-ın şimal-şərqinə doğru irəliləyib və Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb.
CNN telekanalı xəbər verir ki, fırtına səbəbindən əksəriyyəti Nyu-York, Boston və Nyu-Cersidəki əsas hava limanları olmaqla, 1100-dən çox uçuş ləğv edilib, məktəblər bağlanılıb.
Güclü qar Pensilvaniyada 130 mindən çox, Nyu-Cersi, Nyu York, Konnektikut, Merilend, Rhode-Aylend, Massaçusets və Virciniyada isə minlərlə evin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Küləklə müşahidə olunan yağıntı nəticəsində yollarda avtomobillərin hərəkəti çətinləşib. Polisin məlumatına əsasən, gün ərzində Nyu-Cersidə 250-dən çox avtomobil qəzası baş verib.