XƏBƏRLƏR / Terror

Öcalan növbəti dəfə PKK-ya “Silahı yerə qoyun” çağırışı edib

O, İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edib

Öcalan növbəti dəfə PKK-ya “Silahı yerə qoyun” çağırışı edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.

    İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.

    “Mən silahın gücünə deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.

    Qeyd edək ki, DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib.

    Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.