XƏBƏRLƏR / Kriminal

Oğul atasını öldürüb hadisə yerindən qaçdı

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür

Oğul atasını öldürüb hadisə yerindən qaçdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.

    Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.