BLOQ

Ola bilər? Niyə olmur ki!

Dünya siyasətində "islamçılar" hardan peyda olur

Ola bilər? Niyə olmur ki!
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Hər cür "pan-islamçıların", "islamçıların", "radikal islamçıların" tarixinə baxanda maraqlı məsələlər üzə çıxır.
    1. Nəsrəddin şahın tarixçəsini oxuyuram. Söhbət qədim vaxtlardan gedir, heç islamçıların və s. yeridir?
    Əvvəla Nəsrəddin şah kimdir və nə istəyirdi. Dövlətdə islahat aparmaq, konstitusiyalı monarxiya yaratmaq, seçki təşkil etmək və s., və s.
    Buna qarşı çıxanlar: a) dini ruhanilər; b) "panislamçılar". İkincilər onu öldürdülər. Şahı öldürən adam guya hansısa Camaluddin Əfqaninin muridi olub. Əfqani 19-cu əsrdə (1897-ci ildə vəfat) London və Parisdə yaşamağı bacaran, Uinston Çörçilllə dostluq edən Blantla yaxın olub. Bu Çörçilin ideyası idi? Onun fikri çox maraqlıdır: Mövcud düzənə qarşı İslam inqilabı.
    Yeri gəlmişkən, ingilislərin Nəsrəddin şahla nə alveri olub? Sadəcə olaraq, o vaxt ingilislər bəzi neft yatağları taparaq Şahdan konsessiya istəmişdilər. Şah neftin bütün ölkənin sərvəti hesab edərək, razı olmadı. Şahı öldürdükdən sonra onun cılız düşüncəli və zəif iradəli oğlu Muzəffərədin şahı taxt-taca gətirdilər. O ingilislərə konsessiyanı cəmi 3 milyona sataraaq, bütün neft gəlirlərinin 90%-i onlara verdi. O vaxt ölkənin parlamenti olsaydı, heç vaxt belə güzəşt əldə edə bilməzdilər. Bu arada Muzəffərədin Şah hakimiyyəti olan sonuncu Şah olub. Ondan sonra Məhəmmədəli şah (iki il hökm sürür), sonra Əhməd şah (uşaq idi Londona gəzməyə gedib və bir də ölkəyə qayıtmayıb.)
    Yaxşı, olan şeydi, üst-üstə düşmələr olur. İslamçıların da, ingilislərin də maraqlarının üst-üstə düşməsi sadəcə təsadüfdür. Ola bilər? Niyə olmur ki.
    2. Mən sizə Lourens, sələfilər və s. haqqında danışmayacam.  Hər şey məlumdur, bu barədə filmlər də çəkilib, kitablar da yazılıb. Əminəm ki, maraqlarının üst-üstə düşməsi də təsadüfdür. Ola bilər? Niyə olmur ki.
    3. Əl-Beyd, Taliban və digərləri haqqında da çoxlu kitab və filmlər var. Bunlardan ən sevdiyim "Rembo"dur (ya 2-ci, ya da 3-cü, dəqiq xatırlaya bilmirəm). Orda Stallone onlara çox şəfqətlə kömək edir. Digər tərəfdə isə, Şuravilər öz "beynəlxalq vəzifələrini" yerinə yetirərək bu işdə köməklik göstərdilər. Bir sözlə, məlumatlar başdan aşır. Düşünürəm ki, bütün bu "radikal islamçıların" maraqlarının müstəmləkə imperiyalarınınkı ilə üst-üstə düşməsi təsadüfdür. Tamamilə təsadüf. Ola bilər? Niyə olmur ki.
    4. Fələstində də təxminən eyni qarşıdurma olub. Təxminən. Bütün dünya FAT və onun lideri yoldaş Ərəfatı yaxşı xatırlayır. İnqilabçı, millətçi, ümumiyyətlə din əleyhinə olan, xilaskar, qardaş, yoldaş, dost və nəhayət yaxşı oğlan. Brejnevlə riqqətlə öpüşən. Ümumiyyətlə öpüşməyi sevən. Ona görə də təhlükəli olan. Öpüşməyi sevənlər adətən axırda ətrafına hər cür dost və rəfiqə toplayırlar. Ona qarşı təşkilat yaratmaq lazım idi ki, dost-tanışlar parçalansın.
    HƏMAS yaradıldı - dindar təşkilat, radikal dindar. Bunu mən demirəm! İsrail siyasətçiləri danışır. Və bu prosesi hansısa Viktor Ostrovski təsvir edib: vətənində incidilən keçmiş Mossad əməkdaşı. Proses belə idi: radikallar cəlb edilirdi və onlardan təkilat yaradılırdı. Bəs cəlb etmə necə baş verir? Bütün detektiv sevərlər bilir: ya şantaj, ya naz-nemət (pul, qadınlar və ya pul da, qadın da bir yerdə), ya da ideoloji səfehlər. Sonuncular xüsusən dəyərlidilər, çünki onlar daha ucuz başa gəlir. Düşünürəm ki, nakam "İslamçıların" və onların düşmənlərinin maraqlarının üst-üstə düşməsi də təsadüfdür. Əminəm. Ola bilər? Niyə olmur ki.
    5. Homeyni. Əslində bu mənim ən sevdiyim nümunədir. Fars məmləkətində hər şey qaydasında idi: qısa yubkalar, Ququş oxuyur, neftin isə barreli 8-10 dollara yaxın idi. Bircə bu axmaq xalqı narazı idi. Hər cür kommunist-mamunist xalqı inqilaba təhrik edirdi. Şah isə bazlıqla məşğul idi, bir də əcdadı Kir'in 2500 illik yubileyi üçün şənlikləri hazırlayırdı. Düzdür, belindən gəldiyi Kir (fars dilində - cinsi orqan) böyük ehtimalla hansısa bir kazak alayının mehtəri olub, kim bilir?
    İslahat ideyası isə Nəsrəddin şahdan bəri bu axmaq xalqın beynindən çıxmadı ki, çıxmadı. Bu məqamda din xadimlərinin dərin quyusundan, İranda şöhrəti sıfıra bərabər olan, hansısa Xomeynini qazıb çıxardılar. Camaat isə daha çox Ququşun ətəklərinin rənglərini yadda saxlayırdı. Hörmətli Ayətollanı quyudan çıxarıb, Parisə göndərdilər, bir ilə yaxın başına ağıl qoyduqlarından sonra,  Air Frans-ın biznes klassında qoyub, İrana göndərdilər. Hər şey bomba gedirdi. Hətta Cimmi Karter şəxsən səy göstərdi ki, şahın ordusu ona atəş açmasını. Xomeyni ilk növbədə inqilabi fikirləri axmaq başlardan çıxaraq üçün bütün demokrat-solçuları məhv etdi. Sonra digər siyasi rəqibləri məhv etdi. Bu arada neftin qiyməti qalxdı. Ancaq neft sənayesinə qarşı qoyulan sanksiyalar İrandan həmin nefti qara bazarda satmağa kömək etdi. Yarı qiymətinə. Hər yerdə 35-38 dollara satılan nefti, İran 10-12 dollara yola verirdi . Gəl, ay müştəri!  SEPAH-çılar indiyədək bu üsuldan bəhrələnirlər. Elə bilirdiniz "levı" neft alverini Putin ixtira edib? Səhv edirsiz. Ayətollalar bu məsələdə birincidilər. Qısası, bu çox maraqlı hekayədir. Haqqında kitab var, film var, araşdırmalar var. Yenə radikal islamçıların və onların düşmənlərinin maraqları üst-üstə düşdü. Təsadüfdür. Əminəm. Ola bilər? Niyə olmur ki.
    6. Ayatoldan daha çox, mən Qafqaz cihadçılarının tarixini sevirəm. Görünür ki, İçkeriya qalib gəldi. Demək olar ki, çoxdan arzulanan müstəqillik. Ya da muxtariyyət.Yaxın anlayışlardır. Birdən cihadçılar peyda olur və deyirlər ki, "yox, bizə bu da azdır, Rostovdan Maykopa, Altaydan Krasnoyarska qədər istəyirik". Orada part-a-part, burada part-a-pat. Və ən maraqlısı: Moskvada terror aktları. Bu barədə kitablar yazılıb, filmlər var, hətta "araşdırmalar" görə öldürülən müəlliflər də var. "FSB Rusiyanı partladır". Yenə təsadüfən "radikal islamçıların" və onların düşmənlərinin maraqları üst-üstə düşdü. Tamamilə təsadüfi. Ola bilər? Niyə olmur ki.
    7.Bütün dünya can deyib, can eşidir: Sovetlər məğlub olanda, çinlilər ucuz istehlak mallarını dünyaya sıradığı bir vaxtda, bütün dünyada qurd quzuyla otladığı bir zamanda... hansısa Əl-Qaidədən olan islamçılar Dünya Ticarət Mərkəzini partladırlar.
    Cəmi bir neçə saat sonra bütün media İslam ekstremizmindən danışır. Qüllələr hələ də tüstüləyir, amma günahkarlar müəyyənləşdi. Bütün bunlar dəhşətli dərəcədə Moskvadakı partlayışlara oxşayır, amma... ora Moskva, bura da Nyu York, orda heç kim "levı" işlərlə məşğul olmur. Hüququn və demokratiyanın möhkəm qalasıdır. İlk sübhə İraq və Səddamdır təbii ki. O Səddam ki,ömrü boyu ölkəsindəki istənilən dini hərəkatı basıb-əzirdi. Birdən o radikal islamçıya çevrilir.  Sonra nə baş verdiyini özünüz yaxşı bilirsiz. Kitablar yazılıb, filmlər çəkilib, araşdırmalar aparılıb. Günahkarlar cəzalandırılıb. Səddam edam edilib. Ben Laden öldürülüb. Deyilənə görə. Onu mühakimə etmədilər, amma Səddam mühakimə olundu. Yenə radikal islamçıların hərəkətləri müstəmləkə müharibələrini bəraətləndirməkdə bir növ düşmənlərinə kömək etdi. Məncə bu təsadüfdür. Heç bir sui-qəsd yoxdur. Sadəcə təsadüf. Ola bilər? Niyə olmur ki.
    8. Oktyabr, 2023. İsrail. Tətil mövsümü. Hər şey yaxşıdır. Xalq bayram edir. Və birdən...
    İndicə oxudum ki, Amerika İsrailə müharibə ehtiyacları üçün 17 milyardlıq yardım paketi verib. Burada tez-tez deyilənlər yadıma düşdü: Fələstinlilər korrupsionerdirlər, BMT-nin ianəsiylə ilə yaşayırlar, öz elitalarını zənginləşdirirlər. B həqiqətdir. Bütün illər ərzində cəmi bir neçə milyard. Bilmirəm çoxdur ya az, amma Viktor Ostrovskinin eyni sözləri yadıma düşdü. O yazır ki, Amerika İsrailə ildə təxminən 10 milyard yardım edir. Özü də altmışıncı illərdən bəri. İslamçılardan qorunmaq üçün. Bu büdcəyə yatırdığlarına əlavədir. Ostrovski yazır ki, İsrail kəşfiyyat orqanları özləri radikal islamçılara kömək edir. Onlar yoxdursa, deməli yardım paketləri də olmayacaq. Bunun doğru olub olmadığını bilmirəm. Ostrovski belə yazır. Özü də orada işləyib.
    Xeyr, mən heç nədə israr etmirəm. Təsadüfdür. Ola bilər? Niyə olmur ki.
    Və bu islamçıların hərəkətlərindən kimin daha çox təsirləndiyini düşünəndə, bütün bu təsadüflər sui-qəsd nəzəriyyələrinin aşiqini yatmağa qoymur. Bu da fikirləşir ki, İslam dünyasının artıq 1400 yaşı var. Hər cür hərəkat var idi: həricitlər, mutəzillitlər, şiələr, haşaşinlər, sünnilər, hənəfitlər, xanbalılar, sufilər, xurufilər... baş verə biləcək hər şeyin bütöv bir spektri, kim desən var idi, amma bircə "İslamçılar" yox idi. Bunlar haradan çıxdı?