XƏBƏRLƏR / İdman

Olimpiya çempionu Hidayət Heydərov cəzalandırılıb

Bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib

Olimpiya çempionu Hidayət Heydərov cəzalandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir.

    Bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

    O, Olimpiya çempionu Hidayət Heydərovun hazırda əsas probleminin çəki olduğunu bildirib: “Başa düşməliyik ki, Heydərovun çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Hidayətin potensialına isə heç bir şübhəmiz yoxdur. İnanırıq ki, o, gələcəkdə ikiqat Olimpiya çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Hazırda əsas problemi çəki məsələsidir və bunun üzərində işləyirik”.

    Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.