Olimpiya oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi bəyan edib
Parisdəki Olimpiya oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub. Bütün dünyada xəstəliyə yoluxanların sayının artması həyəcan doğurur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya Van Kerkhove Cenevrədə keçirilən brifinqdə bildirib.
“Mövsümdən asılı olmayaraq, son aylarda bir çox ölkələrdə, o cümlədən Olimpiya oyunlarında COVID-19-a yoluxma hallarında artım müşahidə olunub, burada ən azı 40 idmançıda testlər müsbət nəticə verib”, - deyə ÜST nümayəndəsi bildirib.