XƏBƏRLƏR / Hava

Ölkə ərazisində hava yağmursuz keçib

Faktiki hava

Ölkə ərazisində hava yağmursuz keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

    Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.