XƏBƏRLƏR / Hava

Ölkə ərazisində hava yağmursuz keçib

Faktiki hava

Ölkə ərazisində hava yağmursuz keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 29-u saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

    Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.