XƏBƏRLƏR / Hava

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rayonlarında martın 27-də gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.