XƏBƏRLƏR / İctimaiyyət

Ölkədə 10 ay ərzində 2714 əkiz, 81 üçəm doğulub

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Ölkədə 10 ay ərzində 2714 əkiz, 81 üçəm doğulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari ilin yanvar-oktyabr aylarında doğulan körpələrdən 2714-ü əkiz, 81-i isə üçəm olub.

    Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

    Qeyd edək ki, yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb.