XƏBƏRLƏR / Hava

Ölkədə 12 dərəcə şaxta qeydə alındı

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Ölkədə 12 dərəcə şaxta qeydə alındı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

    Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.