XƏBƏRLƏR / Hava

Ölkədə havanın temperaturu enəcək, yağış və qar yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Ölkədə havanın temperaturu enəcək, yağış və qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.