XƏBƏRLƏR / Hava

Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur

Faktiki hava

Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

    Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

    Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

    Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.