Ölkəmiz Aİ-yə boru kəməri qazı ixrac edənlərin ilk 5-liyində
Azərbaycan 2023-cü ildə Avropa İttifaqına (Aİ) boru kəməri qazının beşinci ən böyük tədarükçüsü olub
Azərbaycan 2023-cü ildə Avropa İttifaqına (Aİ) boru kəməri qazının beşinci ən böyük tədarükçüsü olub.
Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatlarına əsasən, ötən il Aİ-nin ilk 5 tədarükçüsü bunlardır:
Əlcəzair – 1,1 milyon terajoul (azalma 2,7%) 14,3 milyard avro (azalma 19,4%),
Norveç - 958 min TJ (artım 21,1%) 17,5 milyard avro (azalma 17,5%),
Böyük Britaniya - 767,2 min TJ (artım 0,8%) 11,3 milyard avro (1,9 qat azalma),
Rusiya – 591,6 min TJ (1,9 dəfə azalma) 7,8 milyard avro (4 dəfə azalma),
Azərbaycan – 492,9 min TJ (artım 2,5%) 6,2 milyard avro (azalma 2,5 dəfə).