XƏBƏRLƏR / Təbiət

Ölkənin bəzi çaylarından daşqın və sel keçəcək

Milli Hidrometeroloqiya Xidməti xəbərdarlıq edir

Ölkənin bəzi çaylarından daşqın və sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.