XƏBƏRLƏR / Kriminal

Ölkəyə heroin keçirən TIR sürücüsü saxlanılıb

1980-cı il təvəllüdlü Altay Ağaəliyev barəsində araşdırmalar davam etdirilir

Ölkəyə heroin keçirən TIR sürücüsü saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ölkəyə 4 kiloqram heroin keçirən TIR sürücüsü saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb. Həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.

    Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.