Omanın paytaxtı Maskatda məscid yaxınlığında atəş açılması nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə BBC ölkə polisinə istinadən məlumat yayıb.
Oman polisinin bəyanatında insidentlə bağlı əlavə təfərrüatlar verilməsə də, bəzi məlumatlarda azı bir hücum edənin avtomatik tüfənglə atəş açdığını bildirilir.
Polis araşdırmalarını davam etdirir.
Qeyd edək ki, Oman Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənlə həmsərhəddir. Əksəriyyəti müsəlman olan ölkədə belə hücumlar nadir hallarda baş verir.