“OPEC+” gələn il neft hasilatını cüzi artıracaq
Iştirakçıların xam neft hasilatı üzrə proqnozu açıqlanıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2027-ci il üçün hasilatın azaldılması üzrə razılaşmada iştirak edən “OPEC+” iştirakçılarının xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
EIA-nın aylıq hesabatına görə, 2027-ci ildə “OPEC+” üzrə xam neftin gündəlik hasilatı ortalama 37,64 mln. barel səviyyəsində olacaq ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən cəmi 0,01 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün “OPEC+” üzrə xam neftin gündəlik hasilatı üzrə proqnozu yeniləyib. Proqnoza əsasən, bu il xam neftin gündəlik hasilatı ortalama 37,63 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəl verilən proqnozundan (37,13 mln. barel ) 0,5 mln. barel çoxdur.
Qeyd olunur ki, 2025-ci ildə “OPEC+” üzrə xam neftin gündəlik hasilatı ortalama 36,61 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (36,03 mln. barel) ilə müqayisədə 0,58 mln. barel artım deməkdir.
Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Onu da qeyd etmək lazımdir ki, OPEC-ə daxil olan İran, Venesuela və Liviya sanksiya və digər səbəblərdən “OPEC+ razılama çərçivəsində hesilatın azaldılmazı ilə bağlı kvotalardan azaddırlar.
1 dəqiqə