Ordubadda qarın hündürlüyü 40 sm-ə çatıb
Bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 40 sm-ə çatıb.
Bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 40, Parağaçaq Qar Uçqunu Stansiyasında 18 sm qeydə alınıb.
1 dəqiqədən az