Orqan köçürülməsi üçün mərkəz fəaliyyətə başlayıb
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib
Səhiyyə Nazirliyinin nəzdində orqan köçürməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir artıq həmin mərkəzin fəaliyyət göstərdiyini bildirib.
"Ölkədə istənilən orqan köçürülməsi həmin mərkəz vasitəsilə idarə olunur", - T.Musayev vurğulayıb.