XƏBƏRLƏR / Yükdaşıma

Orta dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb

Bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev deyib

Orta dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin yekunlarına görə Orta dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb.

    Bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında komissiyanın həmsədri - Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev deyib.

    Nazirin sözlərinə görə, Qazaxıstan üçün Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz mühüm əhəmiyyət daşıyır: "2024-cü ilin yekunlarına görə bu dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb, cari ilin səkkiz ayında isə iki dəfə yüksəlib".