XƏBƏRLƏR / Hərbi

Ötən ay 3,5 min hektardan çox ərazi minalardan təmizlənib

Bu barədə ANAMA-dan bildirilib

Ötən ay 3,5 min hektardan çox ərazi minalardan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

    ANAMA-dan bildirilib ki, mayın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı 231 piyada əleyhinə, 359 tank əleyhinə mina və 1520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Ötən ay ərzində 3 551,86 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.