Ötən həftə 69 mina, 253 PHS aşkarlanıb
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi məlumat yayıb
Azad olunan ərazilərdə yanvarın 12-dən 18-dək 6 tank əleyhinə mina, 63 piyada əleyhinə mina, 253 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 508.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
1 dəqiqədən az