XƏBƏRLƏR / İctimaiyyət

Ötən il Azərbaycanda olan körpə ölümlərinin sayı açıqlanıb

Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib

Ötən il Azərbaycanda olan körpə ölümlərinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.

    Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.

    Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib.

    Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.

    Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.

    Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

    Məlumat üçün bildirək ki, 2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.