Overçuk: Bu layihə Azərbaycan, Rusiya və İranı birləşdirəcək
Bunu Rusiya baş nazirinin müavini “Xanoba” gömrük postunun açılış mərasimində deyib
Rusiya Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində və inkişafında maraqlıdır, Rusiya baş nazirinin müavini Aleksey Overçuk iki ölkənin sərhədində “Xanoba” gömrük postunun açılış mərasimində deyib.
“Bu gün dünyada baş verənlər, iqlim dəyişikliyi, texnoloji və enerji keçidləri, bütün bunlar yeni regionların və kommersiya əlaqələrinin yaranmasına gətirib çıxarır. Bu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə də təsir edəcək. Biz bu dəhlizi Azərbaycan və digər ölkələrlə birlikdə qururuq. Artıq burada avtomobil nəqliyyatı yaradılıb. Bu gün biz yeni yoldan istifadə etdik, bu infrastruktur artıq hazırdır. Bundan başqa, Azərbaycanla dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı danışıqlar aparılır. Bu layihə Rusiya-Azərbaycan-İran və Fars körfəzini birləşdirəcək”.