Oxçuçay üzərində dörd kiçik su elektrik stansiyası tikilir
“Azərenerji” ASC ətraf mühitə heç bir ziyan dəyməyəcəyini bildirir
“Azərenerji” ASC-nin elektrik enerjisi istehsalı operatorunun hidrotexniki xidmətinin rəisi Rüstəm Rəcəbov qeyd edib ki, Oxçuçayın su axınının 45 faizi elektrik enerjisinin istehsalına, qalan 55 faizi isə çayın məcrasına yönəlib.
“Beləliklə, ətraf mühitə heç bir ziyan dəymir. Oxçuçay vadisində kanal və tunel qazılmayıb, yalnız su elektrik stansiyalarına su vermək üçün çıxış boruları çəkilib”.
Oxçuçay Azərbaycanın Zəngilan rayonu ərazisindən keçərək Araza tökülür.