Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib
Müdafiə Nazirliyi xəbər verir VİDEO
Özbəkistan Silahlı Qüvvələrinin şəxsi heyəti "Birliyin Gücü – 2026" birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.