XƏBƏRLƏR / Müttəfiq

Pakistan "Fatah-4" qanadlı raketini sınaqdan keçirib

Bu barədə TASS Pakistan Silahlı Qüvvələrinə istinadən məlumat yayıb

Pakistan "Fatah-4" qanadlı raketini sınaqdan keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan yüksək dəqiqliyə malik "Fatah-4" qanadlı raketinin sınaqlarını uğurla həyata keçirib.

    Bu barədə TASS Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.

    "Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş "Fatah-4" böyük məsafələrdəki hədəfləri dəqiqliklə vurmağa qadirdir", - məlumatda bildirilir.

    Buraxılışın məqsədi qoşunların operativ hazırlığının təmin edilməsi və vurma dəqiqliyini artırmaq üçün raketin əsas texniki sistemlərinin yoxlanılmasıdır.