XƏBƏRLƏR / Diplomatiya

Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib

Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan öz vətəndaşlarını zərurət olmadan İrana səfərlərdən çəkinməyə çağırıb.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.

    XİN mövcud vəziyyətin yaxşılaşmasına qədər pakistanlıları İrana zəruri olmayan səfərlərdən çəkinməyə çağırıb.

    Qeyd edək ki, İranda dekabrın 28-də başlayan etirazlar indiyə qədər davam edir.