Pakistanda terror aktında 9 polis əməkdaşı həlak olub
Polis yük maşınının hədəf alındığı partlayış nəticəsində daha 16 nəfər yaralanıb
Pakistanda terror aktı nəticəsində polis işçiləri həlak olub.
Pakistanın cənub-qərbində terror hücumu nəticəsində ən azı 9 polis əməkdaşı həlak olub.
Hücum Bəlucistan əyalətinin mərkəzi Kvettadan 160 km şərqdə yerləşən Sibbi şəhərində baş verib.
Yüksək rütbəli polis məmuru AFP-yə deyib ki, "terrorçu motosikletlə polis daşıyan yük maşınını arxadan vurub".
Polis yük maşınının hədəf alındığı partlayış nəticəsində daha 16 nəfər yaralanıb.
Terror hücumunu heç bir qrup öz üzərinə götürməyib, lakin bu, son aylarda Pakistan polisinə qarşı hücumların artması fonunda baş verib.