XƏBƏRLƏR / İctimaiyyət

Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Bu barədə rəsmi mənbələr xəbər verib

Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

    Pakistanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    ***

    Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

    Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.