XƏBƏRLƏR / Siyasət

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Bu barədə Pakistan mediası məlumat verir

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük rəsmi səfər etməyi planlaşdırır. Səfərdə məqsəd İƏT-in iclasında iştirak etməkdir.

    Bu barədə Pakistan mediası məlumat verir.

    Sammit zamanı baş nazir Şahbaz Şərifin İƏT-ə üzv dövlətlər arasında genişləndirilmiş ticarət, regional əlaqə və birgə inkişaf təşəbbüsləri ilə bağlı Pakistanın baxışını əks etdirən əsas məruzə ilə çıxış edəcəyi gözlənilir. O, həmçinin Pakistanın enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf kimi ümumi problemləri həll etmək üçün iqtisadi tərəfdaşlıqları və birgə səyləri təşviq etmək öhdəliyini vurğulayacaq

    Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının iclası iyulun 3-4-də Xankəndidə keçiriləcək.